EN

Fintex ekosistemində innovasiya imkanları müzakirə olundu

BAKI, 6 avqust. TELEQRAF

Bu ilin ilk yarımili üzrə fintex ekosistemində müşahidə olunan əsas trendlər və inkişaf prioritetləri ətraflı müzakirə olunub.

Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, bankın sədr müavini Vüsal Xəlilov Azərbaycan Fintex Assosiasiyasının nümayəndələri ilə növbəti görüş keçirib.

Görüşdə əlavə olaraq, Ani Ödənişlər Sisteminin əhatə dairəsinin genişləndirilməsi və fintex subyektlərinin bu sistem vasitəsilə innovativ həllərə çıxış imkanlarının artırılması, eləcə də elektron pul və ödəniş təşkilatlarının fəaliyyətlərinin ƏL/TMM və informasiya təhlükəsizliyi üzrə qanunvericilik tələblərinə tam uyğunluğunun təmin edilməsi və komplayens risklərinin effektiv idarə olunması məsələləri görüş iştirakçılarının diqqətinə çatdırılıb.

Həmçinin xüsusi tənzimləmə rejiminin təkmilləşdirilməsi və tətbiq imkanları, açıq bankçılıq sahəsində aparılan işlər, virtual aktivlər və onların təminatçılarının fəaliyyətini tənzimləyən qanun layihəsinin hazırlanmasına dair fikir mübadiləsi aparılıb.

Chosen
118
8
teleqraf.com

9Sources