Demokrat.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.
Agentlikdə dərc edilən məqalədə deyilir ki, İlham Əliyevin bu gün - avqustun 6-da ABŞ-a səfəri yalnız Azərbaycan-Amerika ikitərəfli münasibətləri baxımından deyil, həm də regional sabitlik və qlobal təhlükəsizlik kontekstində xüsusi əhəmiyyət kəsb edir.
Səfər Birləşmiş Ştatların Prezidenti Donald Trampın rəsmi dəvəti ilə gerçəkləşir və bu baxımdan tarixi xarakter daşıyır.
"Prezidentlər arasında yüksəksəviyyəli danışıqlarda siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi, enerji və nəqliyyat layihələri üzrə strateji tərəfdaşlığın möhkəmləndirilməsi, eyni zamanda, Cənubi Qafqazda sülh prosesinin irəlilədilməsi kimi məsələlərin müzakirə olunacağı gözlənilir. Səfər, həmçinin Azərbaycanın beynəlxalq nüfuzunun artması və regionda balanslı, eyni zamanda, proaktiv xarici siyasət kursunun davam etdirilməsi baxımından mühüm mərhələ kimi dəyərləndirilməlidir. Tərəflər arasında konkret razılaşmalar əldə ediləcəyi təqdirdə, bu, həm regional sabitlik və dayanıqlı əməkdaşlıq üçün yeni imkanların yaranmasına, həm də ABŞ-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçməsinə səbəb ola bilər.
10Sources
-
news24.azƏrdoğanla Paşinyan siyasi dialoqun davam etdirilməsi barədə razılığa gəldi ( 20237928)
-
demokrat.azDeputat: Zəngəzur dəhlizi qədim İpək yolunun bərpası deməkdir ( 20244597)
-
referans.azErməni deputatdan Zəngəzur AÇIQLAMASI ( 20244417)
-
globalinfo.azErməni deputatdan Zəngəzur AÇIQLAMASI ( 20244303)
-
demokrat.azDeputat: "Zəngəzur dəhlizi qədim İpək yolunun bərpası deməkdir" ( 20242473)
-
redaktor.az“ABŞ Azərbaycanda enerji sektoruna investisiya yatırmaqda maraqlıdır” -İqtisadçı ( 20241792)
-
sia.azOnilliklər boyu davam etmiş münaqişəyə son qoyuldu... ( 20241753)
-
azertag.az“Greek City Times”: Azərbaycanla Ermənistan arasında onilliklər boyu davam etmiş münaqişəyə son qoyuldu ( 20241447)
-
azertag.az“Greek City Times”: Azərbaycanla Ermənistan arasında onilliklər boyu davam etmiş münaqişəyə son qoyuldu ( 20241396)
-
nocomment.azPezeşkian: ABŞ investisiya adı altında Cənubi Qafqazda hegemonluq qurmaq istəyir ( 20237541)