EN

"Google" videoçarxı ilə "Apple"ı ələ saldı

Amerikanın texnologiya nəhəngi "Google", rəqibi "Apple" şirkətinin süni intellektlə bağlı yaşadığı çətinlikləri yeni smartfon reklamında istehza obyektinə çevirib.

Hakimiyyet.az xəbər verir ki, bu barədə "The Verge" nəşri məlumat yayıb.

"Google" 20 avqustda təqdim ediləcək "Pixel 10" smartfonunun reklam çarxını sosial şəbəkələrdə və "YouTube"da yayımlayıb. Reklamda qeyd olunub ki, cihaz süni intellekt (SI) dəstəyi ilə işləyir. Çarxda həmçinin vurğulanır ki, "Pixel 10" yeni cihazı SI üçün alan, lakin artıq bir ildir gözlədiyi funksiyanı hələ də əldə etməyənlər" üçün ideal seçimdir.

"The Verge" jurnalistlərinin fikrincə, "Google" bu mesajla "Apple"ın uğursuzluqlarını açıq ələ salıb. Belə ki, Apple 2024-cü ilin payızında təqdim etdiyi "iPhone 16" modelində süni intellekt dəstəyindən danışsa da, bu funksiyalar yalnız 2025-ci ilin əvvəlində bəzi regionlarda işə düşüb. "Apple Intelligence" platformasının qlobal istifadəyə verilməsi isə hələ də baş tutmayıb – məsələn, neyroşəbəkə hələ də Rusiyada işləmir.

Nəşrin qeyd etdiyinə görə, "Google"un bu reklamı "Bloomberg"in "Apple"ın SI sahəsində yaşadığı texniki problemlərlə bağlı hesabatından bir neçə gün sonra yayımlanıb. Həmin hesabatda bildirilir ki, şirkət hələ də Siri-yə neyroşəbəkə inteqrasiyasını reallaşdıra bilməyib və bunu səsli köməkçinin hibrid arxitekturasındakı çətinliklərlə izah edib.

Chosen
9
4
hakimiyyet.az

5Sources