ain.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
Ermənistan Baş naziri Nikol Paşinyan avqustun 7-8-də ABŞ-a səfər edəcək.
Bakupost.az axar.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
“Baş nazir Paşinyan Vaşinqtonda Ermənistan-ABŞ strateji tərəfdaşlığının dərinləşdirilməsi məqsədilə ABŞ Prezidenti Donald Trampla ikitərəfli görüş keçirəcək, həmçinin regionda sülh, firavanlıq və iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevlə üçtərəfli görüş olacaq”, - məlumatda bildirilib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp cümə günü Azərbaycan və Ermənistan liderləri ilə görüşməyi planlaşdırır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.