EN

Mərkəzi Bank kredit şərtlərini sərtləşdirdi – “Bu, nəticə ilə mübarizə aparmaqdır”

“Mərkəzi Bankı belə bir addım atmağa sövq edən əsas amil budur ki, problemli kreditlərin həcmi artır. Doğrudur, hələlik təhlükəli səviyyədə deyil, amma artır. Problemli kreditlərin tərkibində ən çox artan hissə məhz istehlak kreditləridir”.

Bu sözləri "Yeni Sabah"a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.

O, bildirib ki, problemli kreditlərin artmasının əsas səbəblərindən biri faizlərin yüksək olmasıdır: Sezar pizza

“Mərkəzi Bankı belə bir addım atmağa sövq edən əsas amil budur ki, problemli kreditlərin həcmi artır. Doğrudur, hələlik təhlükəli səviyyədə deyil, amma artır. Problemli kreditlərin tərkibində ən çox artan hissə məhz istehlak kreditləridir. Mərkəzi Bank bu yolla istehlak kreditlərinin verilməsində müəyyən məhdudiyyətlərin gətirilməsinə, risklərin idarə edilməsinə çalışır. Amma bu, nəticə ilə mübarizə aparmaqdır.

Problemli kreditlərin artmasının əsas səbəblərindən biri faizlərin yüksək olmasıdır. Faizlər yüksək olduğu üçün problemli kreditlər artır. Problemli kreditlərin artması faizlərin yüksək olmasının nəticəsidir. Səbəb aradan qalxsa, yəni faizlər addım-addım aşağı düşsə, problemli kreditlərin həcmində də müəyyən azalmalar müşahidə edə bilərik”.

Azərbaycan Mərkəzi Bankı (AMB) ötən həftə istehlak kredit kartları (kredit xətləri) üzrə borclanmanın daha məsuliyyətli və sağlam aparılması üçün tənzimləyici çərçivəni gücləndirib.

Dəyişikliklərə əsasən, borcalanın kredit kartı onun xalis vergidən sonrakı gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılır. Sözügedən limit borcalanın digər kredit təşkilatlarına qarşı öhdəliklərini də nəzərə almaqla hesablanır. Nağd vəsaitlərlə, habelə bank və qiymətli metallarla təmin edilmiş kredit xətləri borcalanın xalis vergidən sonrakı gəlirinin 5 misli normativinin hesablanmasından istisna edilir. Yeni tələbə əsasən, bu limitdən artıq olan istehlak kredit xətlərinin məcmu miqdarı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 1 faizdən artıq olmamalıdır.

Nazim Hacıyev


Telegram kanalımız
Chosen
52
yenisabah.az

1Sources