EN

ABŞ-də təyyarə qəzaya uğrayıb, ölənlər var

ABŞ-nin Arizona ştatının Çinle hava limanı yaxınlığında təcili yardım təyyarəsinin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub.

Olaylar.az-ın məlumatına görə, bu barədə ərazidə yaşayan navaxo milliyətinin rezervatından polisə məlumat verilib.

"Təxminən saat 12:40 radələrində Çinl hava limanı yaxınlığında kiçik təcili yardım təyyarəsi qəzaya uğrayaraq yanıb. Təyyarədə dörd nəfər olub, hamısı qeyri-yerli olub və onların öldüyü təsdiqlənib", - deyə bildirilib.

Təyyarənin xəstəni götürmək üçün xəstəxanaya getdiyi qeyd edilib. Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının və Federal Aviasiya Administrasiyasının nümayəndələri qəzanı araşdırmaq üçün hadisə yerindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
3
1
olaylar.az

2Sources