EN

Azərbaycan Universitetinin elmi jurnalı ERIH PLUS bazasında indekslənir

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 6 avqust, AZƏRTAC

Azərbaycan Universitetinin nəşr etdiyi “Social Issues” elmi jurnalı ERIH PLUS bazasında indekslənmək üçün qəbul edilib. Bu barədə universitetin Elm şöbəsinə rəsmi məktub daxil olub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, artıq ERIH PLUS platformasında jurnalın profili də yaradılıb. Jurnalda çap olunmuş məqalələr də tam olaraq bazanın axtarış sistemində yerləşdiriləcək.

ERIH PLUS Avropa Humanitar və Sosial Elmlər Cəmiyyətinin akademik jurnal indeksidir. Bazanın “Dimensions” sistemi bu bazaya qəbul edilmiş 10 mindən çox jurnalda çap olunmuş məqalə axtarışı aparmağa imkan verir.

“Social Issues” elmi jurnalı Azərbaycan Universitetinin Elmi şurasının qərarına əsasən 2023-cü ildən nəşr olunur. Jurnalın baş redaktoru sosial elmlər sahəsində tanınmış alim, Rumıniyanın Alexandru Ioan Cuza Universitetinin professoru Ştefan Cojocarudur.

Jurnalda əsasən icma tədqiqatları, münaqişə, sosial fəaliyyət, əlillik, asılılıq problemləri, ailə, səhiyyə siyasəti, işsizlik, hüquq və cəmiyyət, yoxsulluq və bərabərsizlik, irqi və etnik azlıqlar, sosial problemlər nəzəriyyəsi, psixi sağlamlıq, sosial iş və sosial iş təhsili məsələlərinə həsr edilmiş məqalələr çap olunur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
35
5
azertag.az

6Sources