EN

Kəlbəcərdə mina partlayıb, hərbçilərimiz yaralanıb (Yenilənib)

Kəlbəcərdə

Kəlbəcərdə hərbçimiz minaya düşüb.

Reyting.az
“Qafqazinfo”ya istinadla xəbər verir ki, müddətdən artıq hərbi qulluqçu, 1986-cı il təvəllüdlü Emin Tanrıverdiyev minaya düşərək xəsarət alıb.

O, xəstəxanaya çatdırılıb, vəziyyəti kafidir.

Qeyd edək ki, MAXE E.Tanrıverdiyev Goranboy rayon sakinidir.

***

Kəlbəcərdə mina partlaması nəticəsində xəsarət alan hərbçilərin sayı 5-ə çatıb.

Reyting.az
“Unikal”a istinadla xəbər evrir ki, rayonun Vəng kəndi ərazisində “Ural” markalı avtomobil tank əleyhinə minaya düşüb.

Bu zaman avtomobildə olanlar - 29 yaşlı N.Nuruyev, 29 yaşlı M.Qarayev, 42 yaşlı R.İsmayılov, 38 yaşlı E.Əhmədov xəsarət alıblar. Onlar yaxınlıqdakı hərbi hospitala yerləşdiriliblər. Yaralılara dərhal yardım göstərilib. Hazırda vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb ediliblər.

Qeyd edək ki, minaya düşən “Ural” markalı avtomobil Azərbaycan Ordusuna məxsusdur. Xəsarət alanların hamısı hərbçilərdir. Faktla bağlı araşdırma aparılır.
Chosen
44
1
reyting.az

10Sources