Demokrat.az "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Şkendiya"ya (Şimali Makedoniya) qarşı keçirdikləri ilk oyundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis səfərdəki qələbəyə görə sevincli olduqlarını bildirib:
"Sona qədər mübarizə apardıqlarına görə futbolçularıma təşəkkür edirəm. Səfərdə qələbə qazanmaq çox vacib idi. Oyun ərzində səhvlərimiz çox oldu. Lakin yekunda lazım olan nəticəni qazana bildik. "Şkendiya" barəsində anacaq xoş sözlər deyə bilərəm. Çempionlar Liqasının II təsnifat mərəhləsində Rumıniya təmsilçisi FCSB komandasına qarşı gözəl çıxış etmişdilər. Belə komandaya qarşı səfərdən qalibiyyətlə dönmək sevindirici haldır. Bakıda bu rəqibə qarşı daha diqqətli oyun sərgiləməliyik. Çünki qarşımızda məğlub olmağı sevməyən bir kollektiv var".
10Sources
-
ictimairey.azQurban Qurbanov: “Şkendiya” səfərində qələbə qazanmaq çox vacib idi” ( 20071224)
-
cebheinfo.azQurban Qurbanovdan qələbə şərhi ( 20063193)
-
tribunainfo.azSəfərdə qələbə qazanmaq çox vacib idi – Qurban Qurbanov ( 20062599)
-
manset.az"Səfərdə qələbə qazanmaq çox vacib idi" - Qurban Qurbanov ( 20062596)
-
adalet.az"Şkendiya" səfərində qələbə qazanmaq çox vacib idi" - Qurban Qurbanov ( 20060862)
-
demokrat.az"Səfərdə qələbə qazanmaq çox vacib idi" — Qurban Qurbanov ( 20060343)
-
metbuat.azQurban Qurbanov qələbəni şərh etdi ( 20058924)
-
konkret.azQurban Qurbanovdan qələbə şərhi ( 20058306)
-
yenisabah.az“Oyun ərzində səhvlərimiz çox oldu” - Qurban Qurbanov ( 20058234)
-
milli.azQurban Qurbanovdan qələbə şərhi ( 20058255)