EN

FHN-ə işə düzəltmək adı ilə 8240 manatlıq dələduzluq etdi – QƏRAR

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Qulu Səfərovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, Qulu Səfərov heç bir səlahiyyəti olmadığı halda zərərçəkmiş 2 vətəndaşı Fövqəladə Hallar Nazirliyində yanğınsöndürən vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib. O, həmin şəxslərdən 2022-2023-cü illərdə ümumilikdə 8240 manat pulu dələduzluq yolu ilə ələ keçirib.


Nizami Rayon Məhkəməsinin hökmü ilə Qulu Səfərov 9 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Kamal Məmmədov 

Tarix: 6 Avqust 2025, 08:15   
Chosen
25
pravda.az

1Sources