Tədqiqatçılar müəyyən ediblər ki, həddindən artıq yeməyin, eləcə də yemək barədə düşünməyin səbəbi xarakter zəifliyi deyil, beynin xarici mühitdən gələn siqnallara reaksiyasıdır.
Bu barədə "BBC Science Focus"a müsahibəsində Pensilvaniya Dövlət Universitetinin elmi işçisi Daysuke Hayasi məlumat verib.
Onun sözlərinə görə, söhbət bəzi hallarda qidanın qoxusu, görünüşü və ya reklamı kimi bizə təqdim edilən yeməklərə beynimizin reaksiyasından gedir.
Tədqiqatçı əlavə edib ki, qida siqnallarına qarşı həssaslıq həyat tərzi, stres və genetikadan irəli gəlir.
Oxu.az
Tarix: 6 Avqust 2025, 07:12