EN

Tramp Əliyev və Paşinyanla bu tarixdə görüşəcək - Proqram

ABŞ Prezidenti Donald Tramp cümə günü Azərbaycan və Ermənistan liderləri ilə görüşməyi planlaşdırır.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Birləşmiş Ştatlar rəhbərinin iş qrafikindən belə bəlli olur.

Dərc olunan proqrama əsasən, Ermənistanın baş nazirinin qəbulu avqustun 8-ə, saat 14:30-a təyin edilib. Vaşinqton vaxtı ilə Azərbaycan rəhbəri ilə danışıqlar saat 15:20-yə təyin edilib.

Həmin gün saat 16:00-da D.Trampın, Azərbaycan Prezidenti və Ermənistanın baş nazirinin birgə bəyanatı gözlənilir.

İ.Əliyev və N.Paşinyanın Vaşinqtonda Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı memorandumunun imzalayacaqları gözlənilir.

Chosen
49
5
axar.az

7Sources