"Mançester Yunayted" Benyamin Şeşko üçün "Leypziq"lə danışıqlara başlayıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, "qırmızı şeytanlar" sloveniyalı hücumçu üçün Almaniya klubuna 74 milyon funt sterlinq təklif ediblər.
Şeşko ilə digər bir İngiltərə klubu "Nyukasl" da yaxından maraqlanır. Onlar da artıq "Leyziq"ə təkliflərini veriblər.
22 yaşlı hücumçu hələlik yekun qərarını verməyib. Hər iki klubun bu transferdə şansı eynidir.