EN

UEFA "Araz-Naxçıvan"ın müdafiəçisinə hansı cəzanı verdi?

Yunanıstanda "Aris"ə qarşı Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda birbaşa qırmızı vərəqə alan "Araz-Naxçıvan"ın futbolçusu İqor Ribeyronun cəza müddəti müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, UEFA 28 yaşlı müdafiəçini 1 oyunluq diskvalifikasiya edib.

Braziliyalı stopper cəzasını Naxçıvan komandasında Kipr "Omoniya"sına qarşı III təsnifat mərhələsinin Bakıdakı ilk oyununda çəkəcək. Bu görüş avqustun 7-də "Dalğa Arena"da olacaq.

Chosen
87
49
sportinfo.az

10Sources