EN

Fransanın dövlət borcu hər saniyə 5 000 avro artır Bayru

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Fransa çətin iqtisadi vəziyyətdədir, ölkənin dövlət borcu hər saniyə 5 min avro artır.

"Report"un xəbərinə görə, bunu respublikanın baş naziri Fransua Bayru özünün yutub kanalında yayımlanan vətəndaşlara videomüraciətində deyib.

"Hər saniyə, gecə-gündüz Fransanın borcu 5 min avro artır", - hökumət başçısı bildirib.

Onun sözlərinə görə, ölkənin dövlət borcu artıq 3,4 trilyon avroya çatıb. "Bu, təsəvvür etmək belə çətin olan bir məbləğdir", - Bayru deyib.

Baş nazir həddindən artıq borcları Fransa iqtisadiyyatı üçün əsas təhlükə adlandırıb və xərclərin azaldılmasına yönəlmiş təcili tədbirlərin görülməsinin vacibliyini açıqlayıb. O, həmçinin Fransanın dövlət borcuna xidmət xərclərinin sürətlə artmasına diqqət çəkib. "2026-cı ildə borcun faizlərinin ödənilməsi xərcləri 8 milyard avro artacaq. 2027-ci ildə isə heç bir iş görülməsə, daha 10 milyard avro olacaq. Əgər biz heç nə etməsək, 2029-cu ilə qədər bu xərclərin məbləği ildə 100 milyard avroya çatacaq", - kabinet rəhbəri qeyd edib. 2024-cü ildə borcun xidmət dəyəri 59 milyard avro təşkil edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
18
5
azpolitika.info

6Sources