“Səbail” 2025/26 mövsümü üçün növbəti futbolçunu heyətinə qatıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Dənizçilər" Zahir Mirzəzadə ilə müqavilə imzalayıblar. Sözləşmənin müddəti "1+1" illikdi.
Qeyd edək ki, Mirəzadə ötən mövsümü “Cəbrayıl”da keçirib.