EN

Fransa yığması Zidana tapşırılır

BAKI, 5 avqust. TELEQRAF

“Real Madrid”in sabiq baş məşqçisi Zinəddin Zidan DÇ-2026-dan sonra Fransa millisinə rəhbərlik edə bilər.

Teleqraf "Defensa Central"a istinadən xəbər verir ki, onun 2012-ci ildən yığmanı çalışdıran Didye Deşamı əvəzləyəcəyi gölənilir.

Qeyd edək ki, Zidan 2016-2018 və 2019-2021-ci illərdə “Real”ın baş məşqçisi vəzifəsində çalışıb. Bu müddət ərzində onun rəhbərliyi altında Madrid klubu üç dəfə Çempionlar Liqasının, iki dəfə ölkə çempionatının və İspaniya Superkubokunun qalibi olub.

Chosen
41
2
teleqraf.com

3Sources