EN

Bu səhvi etməyək! - Mirşahindən çağırış

…Bir neçə gündür ki, mediada (sosiallı, sosialsız) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ-də tezliklə mühüm sənəd imzalayacağı barədə xəbərlər yayılır. Bu sənədin iki ölkə arasında sülh sazişi ola biləcəyi ehtimal edilir. Bununla da Qafqazda ən qanlı və ən uzunömürlü müharibə rəsmən başa çatacaq-deyə düşünürlər.

Ola bilər.

Hər şey mümkündür.

Bütün müharibələr səngərdə başlayır, masada bitir. Ammaməni məsələnin başqa tərəfi maraqlandırır. Sanki kimlərsə-Ehtimali Sülh Sazişini bilərəkdən artıq indidən ABŞ Prezidentinin tarixi nailiyyəti kimi təqdim etməyə çalışır.

Bu səhvi etmək olmaz!

Bu təkcə tarixi həqiqətləri təhrif etmək deyil, həm də öz xalqına qarşı böyük hörmətsizlikdir!

Ola bilsin ki, ABŞ lideri D. Tramp Azərbaycanın lideri İlham Əliyevə rəğbətlə yanaşır. Amma 100 illərin tarixi sənədini D. Trampın ayağına yazmaq, onun cahanşümul uğuru kimi qələmə vermək təşəbbüsləri son dərəcə zərərlidir. Vətən müharibəsində qazandığımız uğurlara şərik qoşmaq cəhdləri kimi. Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa, dövlət suverenliyinin təmin olunması-Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən möhtəşəm ümumxalq prosesinin müstəsna nəticəsidir. 44 günlük vətən müharibəsi, 8 noyabr Zəfər Günü, 20 sentyabr antiterror əməliyyatı mahiyyətcə misilsiz olmaqla, həm də həlledici hadisələrdir.Deyəsən, kimlərsə ya axmaqlıqdan, ya da arxayınlıqdan Dəmir Yumruqu unutmağa, unutdurmağa çalışır?!

Chosen
9
4
aznews.az

5Sources