EN

İsrail Təhlükəsizlik Kabineti Qəzzanın tam ələ keçirilməsini müzakirəyə çıxaracaq

BAKI, 5 avqust. TELEQRAF

İsrailin Təhlükəsizlik Kabineti Qəzza zolağının “tam hərbi nəzarətə alınmasını” müzakirə etmək üçün avqustun 7-də yığışacaq.

Teleqraf “JPost”a istinadən xəbər verir ki, Baş nazir Benyamin Netanyahunun müdafiə naziri İsrael Kats və Baş Qərargah rəisi Eyal Zamirlə keçirdiyi qapalı görüşdən sonra təhlükəsizlik kabinetinin çağırılması barədə qərar qəbul edilib.

Təxminən üç saat davam edən görüşdə Zamirin ordunun "hərbi-siyasi kabinetin qəbul etdiyi istənilən qərarı həyata keçirməyə tam hazır olduğunu" bildirib.

Bir gün əvvəl “Ynet” Netanyahunun ətrafının yüksək rütbəli rəsmilərinə istinadən xəbər vermişdi ki, siyasi rəhbərlik Fələstin anklavının “tam ələ keçirilməsi" ilə bağlı qərar qəbul etməyə yaxındır.

Chosen
25
1
teleqraf.com

2Sources