EN

ABŞ Sakit okeanda İkinci Dünya müharibəsi aerodromunu bərpa edir

Ayna saytına istinadən ain.az xəbər verir.

Bərpa işləri Çinin Asiya-Sakit okean regionunda cilovlanması ilə bağlı ABŞ-ın siyasətinin tərkib hissəsi kimi həyata keçirilir

ABŞ Sakit okeanın Tinian adasında 80 il əvvəl Yaponiyaya nüvə zərbələri endirmək üçün buraxılış meydançası kimi istifadə edilən İkinci Dünya müharibəsi aerodromunu bərpa edir. AYNA.AZ xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo” xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, bərpa işləri Çinin Asiya-Sakit okean regionunda cilovlanması ilə bağlı ABŞ-ın siyasətinin tərkib hissəsi kimi həyata keçirilir.

Məlumata görə, adanın sakinləri (təxminən 2000 nəfər) silahlı münaqişələrin iştirakçısı olmaq istəmirlər və torpaqların kiçik olması səbəbindən təhlükə yaranarsa, gizlənəcək yerləri olmayacaqlarından qorxurlar.

Media ABŞ-ın Tinian aerodromunu daha əvvəl, o cümlədən 2023-cü ildə bərpa etmək planları barədə məlumat yayıb. ABŞ Hərbi Hava Qüvvələri bildirib ki, gələcəkdə aerodrom “geniş” hərbi obyektə çevrilə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
16
ayna.az

1Sources