EN

Gürcüstan millisinin oyunçusu "Udineze"yə keçdi

style='margin-bottom:10px;'>

Gürcüstan millisinin mərkəz müdafiəçisi Saba Qoqliçidze karyerasını İtaliyada davam etdirəcək.

QOL.az xəbər verir ki, 21 yaşlı futbolçu “Empoli”dən “Udineze”yə transfer olunub. Bu barədə İtaliya A Seriyasının təmsilçisinin rəsmi saytı məlumat yayıb. 

Oyunçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb. Mətbuatda yayılan məlumatlara əsasən, bu keçid “Udineze”yə 4 milyon avroya başa gəlib.

Qeyd edək ki, Saba Qoqliçidze Gürcüstanın “Torpedo” (Kutaisi) klubunun yetirməsidir. O, 2024-cü ilin yanvar ayında İtaliya A Seriyasına transfer olunmuşdu. Müdafiəçi Gürcüstan milli komandasında 3 oyunda forma geyinib.

Chosen
95
3
teleqraf.com

4Sources