EN

İsveç Ukrayna üçün ABŞ-dən silah alınmasına 275 milyon dollar ayırdı


İsveç hökuməti Ukrayna üçün Amerika silahlarının alınması üçün 275 milyon dollar ayırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Pol Conson mətbuat konfransında bildirib.
“Norveç, İsveç və Danimarka NATO-nun Ukraynaya silah tədarükü təşəbbüsü üçün vəsait ayırmaq qərarına gəliblər. Bu təşəbbüs NATO tərəfindən koordinasiya edilir və Ukraynanın özünü müdafiə qabiliyyətinin gücləndirilməsi üçün İsveç yardımı dərhal veriləcək. Vəsait gələn ayın əvvəlində Ukraynaya silah tədarük etmək üçün istifadə olunacaq. Bu, Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi və strateji əməkdaşlığın vacibliyi baxımından vacibdir”, - Conson deyib..
Qeyd edək ki, 2025-ci ilin fevral ayından İsveç Ukraynaya 92,8 milyard kron (9,58 milyard dollar) ayırıb.
Chosen
8
2
yeniavaz.com

3Sources