Bakupost saytına istinadən ain.az xəbər verir.
İsrail hesab edir ki, Qəzzanın bufer zonasında ordunun daimi mövcudluğunu təmin etmək lazımdır.
Bakupost.az “Times of Israil”ə istinadla xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrail Katz Qəzzanın bufer zonasında yerləşən İsrailin hərbi postuna səfəri zamanı bildirib.
“HƏMAS-ın Qəzzada məğlub edilməsi və girovların qaytarılması üçün şəraitin yaradılması münaqişənin əsas məqsədləridir və biz onlara nail olmaq üçün bütün lazımi tədbirləri görməliyik”, - qurumun mətbuat xidməti nazirdən sitat gətirib.
“Silsilə 70” hərbi postundan danışan Kats vurğulayıb ki, siyasi rəhbərlik lazımi qərarlar qəbul edən kimi, hərbi komandanlıq bütün cəbhələrdə olduğu kimi, təsdiq edilmiş kursu peşəkarcasına həyata keçirəcək.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.