525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Çinin cənubunda yerləşən Quanqdonq əyalətinin Foşan şəhərində ağcaqanad vasitəsilə yayılan çikunqunya virusuna yoluxma halları sürətlə artmağa davam edir.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, virusa yoluxanların sayı artıq 7 mini ötüb.
Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) görə, ağcaqanad sancması ilə yoluxan çikunqunya virusu yüksək hərarət və oynaq ağrılarına səbəb olur.
Nadir hallarda ölümə səbəb olan çikunqunya xəstələrinin müalicəsi üçün təsdiqlənmiş 2 peyvənd mövcuddur.
Ləman İlkin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.