EN

Zelenski: Bütün səylərə görə ABŞ Prezidentinə minnətdarıq

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla telefon danışığı aparıb.

Operativ Media xəbər verir ki, V.Zelenski bu barədə öz “Telegram” kanalında yazıb.

"ABŞ Prezidenti ilə məhsuldar söhbət apardıq. Əsas məsələ müharibənin dayandırılmasıdır. Biz ədalətli və davamlı sülh naminə göstərdiyi bütün səylərə görə ABŞ Prezidentinə minnətdarıq. Həqiqətən, qətllərə mümkün qədər tez son qoymaq lazımdır, biz bunu tam dəstəkləyirik. Əgər rusiyalılar uzatmasaydı, müharibə artıq çoxdan bitmiş ola bilərdi", - Ukrayna lideri qeyd edib.

Chosen
46
50
operativmedia.az

10Sources