EN

Avstraliyada 122 illik məktub TAPILDI

Avstraliyanın Tazmaniya adasında yerləşən tarixi mayak da təmir zamanı 122 il əvvəl yazılmış bir məktub tapılıb.  Məktub divarın içinə şüşə qabda yerləşdirilib. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, məktubu təmir zamanı orada çalışan ustalardan biri tapıb.  O, divarda qəribə bir şey görüb və baxanda içində məktub olan bir şüşə olduğunu anlayıb. Şüşə Tazmaniya muzeyinə aparılıb. İçindən çıxan məktub 1903-cü ilə aid olub və o vaxt orada işləyən müfəttiş Ceyms Robert Meech tərəfindən yazılıb.

Məktubda mayakda görülən işlər, dəyişən hissələr və orada çalışan insanların adları qeyd olunub. Bu mayak 1838-ci ildən 1996-cı ilə qədər istifadə olunub. İndi isə tarixi abidə kimi qorunur. Məktubun tapıldığı otaq 1903-cü ildən bu yana açılmayıb. Buna görə də məktub “zaman kapsulu” adlandırılır.

Xeyrənsə Piriyeva

Chosen
99
1
news24.az

2Sources