EN

Avtomobil zavodları dayanıb, anbarlar isə boşalmır – SƏBƏB 

Rusiyanın bütün əsas avtomobil zavodları işçiləri korporativ məzuniyyət adı ilə evə buraxıb. Bəs reallıq nədən ibarətdir?

Avtosfer.az xəbər verir ki, ekspert Vladislav Jukovski səbəbi ölkədəki gizli böhranda görür. Bəzi zavodlar hətta istehsal etdikləri avtomobilləri saxlamaq üçün şəhər ətrafında boş yerləri icarəyə götürüb. 

2012-ci ildə Rusiyada yetkinlik yaşına çatmış hər 3 vətəndaşdan biri özünə avtomobil ala biləcək qədər vəsaitə malik idi. İndi isə, əhalinin yalnız 16 faizi maşın almaq imkanı var. 

Ekspert bildirir ki, yük və minik avtomobili zavodlarının bu il satışları 30-60 faiz arası geriləyib. Kənd təsərrüfatı texnikası sahəsində vəziyyət isə daha pisdir. Ölkənin bu sahədə əsas zavodu olan “Rosselmaş”ın satışları 70 faiz geriləyib. Zavod əvvəlcə iyulda işçiləri məzuniyyətə buraxdı, ardınca 2500 nəfəri ixtisar etdi, indi isə istehsalı dayandırıb. 

KAMAZ, QAZ və VAZ kimi müəssisələr də ixtisara getməmək üçün müxtəlif üsullara əl atırlar.  Çünki böyük müəssisələrdə kütləvi ixtisarlara qeyri-rəsmi qadağa qoyulub.

Vüqar Yaşaroğlu

Chosen
12
1
avtosfer.az

2Sources