EN

BDU və Yerusəlim İbrani Universiteti arasında “Biotexnologiya” ixtisaslaşması üzrə ikili diplom proqramına dair infosessiya keçirilib

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 5 avqust, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) ilə İsrailin Yerusəlim İbrani Universiteti (HUJI) arasında “Biotexnologiya” ixtisaslaşması üzrə magistratura səviyyəsində ikili diplom proqramına dair infosessiya keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

BDU rektorunun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri Şəbnəm Səfərova və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov tərəfindən aparılan infosessiyada bildirilib ki, ikili diplom proqramı 2023-cü ilin may ayında imzalanmış müqaviləyə əsasən fəaliyyət göstərir və proqram üzrə bütün xərclər Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilir. Proqrama “Biologiya”, “Biologiya müəllimliyi”, “Kimya”, “Kimya müəllimliyi”, “Kimya mühəndisliyi”, “Fizika”, “Fizika müəllimliyi” və ya “Ekologiya” ixtisasları üzrə bakalavr dərəcəsi almış, ümumi orta müvəffəqiyyət göstəricisi 80 və daha yuxarı, xarici dil biliyi minimum IELTS 6 (və ya TOEFL iBT 89+) səviyyəsində olan və 2025-ci ildə ökədəki ali təhsil müəssisələrinin birində magistraturaya qəbul olunan namizədlər qoşula bilərlər.

İnfosessiya zamanı tələbələrə sözügedən proqramın məqsədi və qazandıracağı imkanlar, proqrama qəbul qaydaları və sənəd qəbulu prosesi, HUJI-də təhsil və beynəlxalq akademik təcrübə, karyera üstünlükləri və qlobal perspektivlər haqqında ətraflı məlumat verilib.

Sonda tələbə və valideynlərin çoxsaylı sualları cavablandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
30
azertag.az

1Sources