EN

ABŞ-nin Hindistana qarşı tələblərini legitim saymırıq – Peskov

“Rusiya ABŞ-nin Hindistana qarşı təhdidlərini qanuni hesab etmir”.

Bakues.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kreml sözçüsünə görə, suveren ölkələr öz maraqlarını nəzərə alaraq ticarət-iqtisadi əməkdaşlıq üçün tərəfdaş seçmək hüququna malikdirlər:

“Biz faktiki olaraq təhdid olan çoxlu bəyanatlar eşidirik. Bu, ölkələri Rusiya ilə ticarət əlaqələrini dayandırmağa məcbur etmək cəhdləridir. Biz bu cür bəyanatları qanuni hesab etmirik. Biz hesab edirik ki, suveren ölkələrin öz ticarət tərəfdaşlarını, ticarət-iqtisadi əməkdaşlıqda tərəfdaşlarını seçmək və konkret ölkənin maraqlarına cavab verən ticarət-iqtisadi əməkdaşlıq rejimlərini seçmək hüququ var”.

Asim

Chosen
27
icma.az

1Sources