Portuqaliya millisinin və "Əl-Hilal"ın yarımmüdafiəçisi Ruben Neveş 2026-cı il dünya çempionatı öncəsində komandanın motivasiyası barədə danışıb.
Publika.az xəbər verir ki, o, vəfat edən komanda yoldaşı Dioqo Jota üçün dünya çempionu olmaq istədiklərini bildirib:
"Biz onsuz da dünya çempionu olmaq istəyirdik, amma indi bu istəyimiz daha da güclənib. Dioqo bizə meydanda həmişə enerji verirdi. Onu istəyi və qətiyyəti ilə hamı tanıyırdı.
Biz dünya çempionatını Dioqo üçün qazanmağa çalışacağıq. O, bu titulu bizimlə birlikdə qazanmalı idi".
Xatırladaq ki, iyulun 3-də Dioqo Jota İspaniyada baş verən avtomobil qəzasında həyatını itirib. Onunla birlikdə doğma qardaşı Andre də vəfat edib.