Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Son zamanlar sosial şəbəkələrdə xarici universitetlərədn Azərbaycan universitetlərinə transfer olunmaq istəyən tələblərin problmləri işıqlandırılır. Tələbələr iddia edirlər ki, transfer üçün bütün tələblərə uyğun olsalar da, onlar Azərbaycan universitetlərinə müxtəlif səbəblər göstərilərək transfer edilmirlər.Bəs həqiqətən də, bütün sənədlər qaydasındadırsa və bütün tələblərə uyğunluq varsa, transferdən imtina gələ bilərmi?
Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, xarici universitetlərdən Azərbaycan universitetlərinə transfer olunmaq mümkündür və bunun üçün müvafiq qaydalar var.
İlqar Orucov
“İlk öncə tələbənin həmin xarici universitetə qəbul olunarkən beynəlxalq universitetlərdə, beynəlxalq imtahanlarda qazandığı nəticə önəmlidir. Çünki xarici universitetlərə imtahansız qəbul olunanlar bu prosesdə iştirak edə bilməzlər. Bilirsiniz ki, atestatla qəbul aparılır. Eyni zamanda tələbənin oxuduğu universitetin dünya reytinqində yer alması çox önəmlidir. Digər bir məqam tələbənin təhsil aldığı müddətdə kreditləri və eyni zamanda bunu müvəffəqiyyət göstəriciləri, yəni transkriptə ehtiyac duyulur. Orada transkript biliyinin qiymətləndirilməsi zamanı aldığı qiymətlər çox önəmlidir”-deyə İlqar Orucov vurğulayıb.
Tələbənin köçürülməsi üçün vacib olan səbəblər nədir?
İlqar Orucov qeyd edib ki, bu da mütləq şəkildə qeyd olunmalıdır: “Səyahətlə bağlı ola bilər, ailə vəziyyətinə bağlı ola bilər və sair. Yəni bütövlükdə bunlar da tələblərdən biridir. Digər tərəfdən, burada müvafiq dil sertifikatlarının olub-olmaması da önəmlidir. Eyni zamanda tələbənin universitet borcunun olub-olmaması barədə təsdiqedici sənəd olmalıdır. Müvafiq olaraq tələbənin oxuduğu müddətdə kredit borcunun olmaması, ölkəyə gediş gəlişini, təhsil aldığı ölkəyə gediş gəlişini təsdiq edən sənəd və s. sənədlər də vacibdir”.
Ekspert bildirib ki, əslində bu normalar Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş normalardır və Təhsil Nazirliyi və ya hər hansı bir qurum tələbənin köçürülməsi zamanı hansısa bir əlavə sənədlər tələb edə bilməz.
“Elm və Təhsil Nazirliyi Nazirliyinin müvafiq qurumu köçürmə zamanı bu tələblər üzərindən fikir söyləyərək tələbənin köçürülməsinin mümkün olmaması barədə qərar verə bilər. Qərarlar qaydalara uyğun şəkildə verilir” –deyə İlqar Orucov vurğulayıb.
İradə Cəlil, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.