EN

Rusiyada deputat həbs olundu

 Ajans.az Rusiya mətbuatına istinadən xəbər verir ki,  o, iki il əvvəl sərxoş vəziyyətdə avtomobil idarə etməkdə günahlandırılaraq saxlanılıb.  “2025-ci il iyulun 29-da Tobolsk rayonlararası prokurorluğuna Rinat Uramayevin vəzifəli şəxslərdən birinə hədə-qorxu gəlməsi barədə məlumat daxil olub”, - KİV yazıb. 

Bunun fonunda prokuror məhkəmədən həbs-qətimkan tədbirinin dəyişdirilməsini istəyib və deputat barəsində həbs qətimkan tədbiri seçilib. Uramayev 1 ay 28 gün müddətinə, yəni 2025-ci il sentyabrın 29-na kimi həbs edilib.

Chosen
139
2
Ajans.az

4Sources