EN

Trampın “sülh planı” havada qaldı ŞƏRH

Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Putin müharibəni dayandırmaq niyyətində deyil

ABŞ Prezidenti Donald Tramp hələ də Ukraynadakı müharibənin diplomatik yolla həlli üçün təzyiq rıçaqlarına malikdir. Bunu ABŞ-nin NATO yanında daimi nümayəndəsi Metyu Uitaker bildirib. Onun sözlərinə görə, əgər Kreml rəhbəri Putin atəşkəsə razı olmasa, artıq gələn həftədən etibarən ABŞ-nin Rusiyaya və onunla biznes quran ölkələrə qarşı sərt sanksiyaları qüvvəyə minəcək. 

Uitaker əlavə edib ki, Putin nefti Hindistana, Braziliyaya və Çinə satır, buna görə də bu ölkələr də Rusiya ilə əməkdaşlığa görə ciddi nəticələrlə üzləşəcəklər: "Rusiyanın dostu qalmayacaq. Onun ticarət tərəfdaşları olmayacaq. Və müharibəni maliyyələşdirmək imkanları tükənəcək". O qeyd edib ki, atəşkəsə nail olmaq lazımdır və bunu yalnız diplomatiya və danışıqlar vasitəsilə əldə etmək mümkündür. Uitaker hər iki tərəf üçün ideal şərtlər görmədiyini deyib, lakin bu, Ukrayna və Rusiyanı qan tökməni dayandırmaqdan çəkindirməməlidir. Prezident Donald Tramp Rusiyaya yenidən öz xüsusi nümayəndəsi Stiven Uitkoffu göndərəcəyini açıqlayıb. Lakin ABŞ administrasiyasının rəsmiləri gələcək danışıqların Rusiya ilə daha səmərəli olacağına əmin deyillər. Hətta xarici liderlərin mövqeyini dəyişməkdə iqtisadi sanksiyaların gücünə həmişə inanan Tramp belə artıq etiraf etməyə başlayıb ki, Putin, yəqin ki, onlara qarşı həssas deyil. "Nyu York Tayms" nəşri yazıb ki, hakimiyyətə ikinci dəfə gələndə Tramp əvvəlcə Rusiyanın Ukraynaya təzyiq göstərməklə aqressor olduğunu şübhə altına almışdı. İndi isə onun mövqeyi Moskvadan xeyli uzaqlaşıb: "ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiya hədələrini gücləndirsə də, bunun Vladimir Putinə təsir göstərə biləcəyinə şübhə edir". 

Politoloq Elxan Şahinoğlu deyib ki, Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın "müharibəni dayandır" təklifinə ona verilən 10 günün bitimini gözləmədən “yox” dedi. 

Ekspert vurğulayıb ki, Trampa işarə edərək “şişirdilmiş gözləntilər özünü doğrultmadı” - deyən Kreml sahibinin məntiqi sadədir:

 "Birincisi, Rusiyanın bütün cəbhə boyu hücumu genişləndirdiyi mərhələdə Ukrayna ilə atəşkəs mümkün deyil. İkicisi, ABŞ-nin yeni sanksiyaları Kremli narahat etmir. Elə Trampın özü də son açıqlamalarının birində Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyinin anonsunu versə də, bunun işləyəcəyinə şübhə ilə yanaşdığını bildirib. Ağ Ev sahibinin bu açıqlaması Putinin “sanksiyalardan qorxmuram” arqumentini gücləndirib. Bu o deməkdir ki, müharibə davam edəcək, paytaxt Kiyev olmaqla Ukrayna şəhərləri əvvəlkitək bombalanacaq, mülki insanlar ölməkdə davam edəcəklər. Putin cəbhə bölgəsində say üstünlüyündən istifadə etməyə çalışır. Digər tərəfdən Rusiya dron istehsalında geriləməni ortadan qaldırıb. Buna baxmayaraq, Putinin işğal ərazisini genişləndirmək siyasəti Rusiyaya baha başa gəlir. Rusiya hər ay minlərlə hərbçisini itirir, müharibə ölkə büdcəsinə ağır yükə çevrilib, bunu iqtisadi sferaya rəhbərlik edənlər də etiraf etməyə başlayıb. Ancaq nə qədər ki, Putin hakimiyyətdədir, o, Ukraynanı parçalamaq planından vaz keçməyəcək".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
5
5
sherg.az

6Sources