EN

Ukrayna Krımda Rusiya təyyarələrini vurub

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

Təhlükəsizlik Xidməti (SBU) Rusiyanın qeyri-qanuni ilhaq etdiyi Krım yarımadasında yerləşdirilən Rusiya döyüş təyyarələrinin pilotsuz uçuş aparatları (PUA) ilə hücuma məruz qaldığını bildirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidməti  (SBU) açıqlamasında bildirib ki, ilhaq edilmiş Krım yarımadasındakı Saki Hərbi Hava Bazasında yerləşdirilən Rusiya döyüş təyyarələrinə pilotsuz təyyarə hücumu həyata keçirilib.

Açıqlamada qeyd olunub ki, hücum nəticəsində bazada yerləşdirilən SU-30SM tipli döyüş təyyarəsi tamamilə məhv edilib, üçü SU-24 tipli olmaqla cəmi dörd döyüş təyyarəsi zədələnib.

Bir SU-30SM tipli döyüş təyyarəsinin qiymətinin 35-50 milyon dollar arasında olduğu bildirilən açıqlamada, hücum nəticəsində Rusiya ordusunun ciddi itki verdiyi iddia edilib.

Açıqlamada hücumda hava bazasındakı silah anbarının da vurulduğu bildirilib.

Orxan

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
24
1
icma.az

3Sources