EN

Rusiya Xarkovda dəmir yolunu vurdu:ÖLƏN VƏ YARALANANLAR VAR

Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov vilayətinin Lozovaya şəhərində dəmir yolu infrastrukturuna zərbələr endirib.

 

Senzor.az bildirir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

 

"Bölmələrdən birinin növbətçi mexaniki həlak olub, daha 4 dəmiryolçu yaralanıb. Bütün zərərçəkənlərə lazımi tibbi yardım göstərilir", - məlumatda bildirilib.

 

Hücum nəticəsində dəmir yolu vağzalı və digər infrastruktur obyektləri zədələnib.

 

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, zərərçəkənlərin sayı 10 nəfərə çatıb.

Chosen
26
13
senzor.az

10Sources