Serbiyalı hücumçu Luka Yoviç İtaliyanı tərk edərək Yunanıstanın AEK klubuna keçib.
İdmanxeber.az xəbər verir ki, 27 yaşlı futbolçu yeni komandaya azad agent kimi qoşulub. O, son mövsümdə “Milan”da 15 oyuna 2 qol vurmuşdu.
Yoviç daha əvvəl “Srvena Zvezda”, “Ayntraxt”, “Real” və “Fiorentina”da da çıxış edib. Serbiya millisində 11 qola imza atıb.