BAKI, 5 avqust. TELEQRAF
Bu yaxınlarda “Sabah”dan ayrılan Namik Ələskərovun yeni klubu bəlli olub.
Teleqraf-ın əldə etdiyi məlumata görə, 30 yaşlı yarımmüdafiəçi “Zirə” ilə anlaşıb.
Klub futbolçunun transferini yaxın müddətə açıqlayacaq.
Qeyd edək ki, Namik Ələskərov sonuncu dəfə Azərbaycan millisinə 2023-cü ildə çağrılıb. Ələskərov daha əvvəl “Bakı”, “Kəpəz”, “Qarabağ”, “Neftçi”, Türkiyənin “Bursaspor” klublarında çıxış edib.