EN

İbrahim Tatlısesin etnik mənşəyi ilə bağlı yeni detallar: "İmperator"un uşaqlıq illəri və məşhurluğa gedən yol

İbrahim Tatlısesin etnik mənşəyi ilə bağlı yeni detallar: "İmperator"un uşaqlıq illəri və məşhurluğa gedən yolTürk musiqi dünyasının "İmperator"u kimi tanınan İbrahim Tatlısesin etnik mənşəyi ilə bağlı maraqlı faktlar yenidən gündəmə gəlib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, uzun illər Şanlıurfalı olaraq tanınan sənətçinin atasının ərəb, anasının isə kürd əsilli olduğu məlum olub.

1952-ci ildə Şanlıurfada anadan olan Tatlıses, yeddi uşaqdan ibarət ailənin ən böyük övladı olub. Atası Ahmet Tatlı həbsdə olduğu dövrdə dünyaya gələn sənətçi uşaqlıqdan çətin həyatla üz-üzə qalıb. Heç vaxt məktəbə getməyən Tatlıses, illər sonra verdiyi bir müsahibədə bu barədə "Urfa’da sanki Oxford vardı da biz mi gitmedik?" sözləri ilə dövrün ədalətsizliyinə diqqət çəkib.

Kiçik yaşlarından ailəsinə dəstək olmaq üçün su satıb, küçə satıcılığı edib, daha sonra isə inşaatlarda soyuq dəmir ustası kimi çalışıb. İş zamanı türkülər oxuması həyatında dönüş nöqtəsi olub. Bir gün Adanada türkü söyləyərkən bir sinemaçının diqqətini çəkib və bu təsadüf onun səhnə karyerasına qapı açıb.

Əvvəlcə Adanada səhnəyə çıxan Tatlıses, daha sonra Ankaraya gedərək gazinolarda və pavyonlarda tanınmağa başlayıb. 1974-cü ildə Ankaradakı Kınalı Pavyonda səsləndirdiyi "Ayağında Kundura" mahnısı onun karyerasında sıçrayış nöqtəsi olub. Bu ifa sayəsində Ankara Radiosuna dəvət alıb, ardınca isə Yeni İl proqramında televiziyaya çıxıb və qısa müddətdə bütün Türkiyədə tanınan bir ad halına gəlib. İstanbulda müğənni Yılmaz Tatlıseslə tanışaraq onun soyadını götürüb.

Etnik kimliyi ilə bağlı Tatlıses illər ərzində müxtəlif açıqlamalar verib. Kanal D-də qatıldığı proqramda "Atam ərəb, anam kürd, mən isə türkəm," – desə də, 2005-ci ildə Erbildəki konsertində "Atam türk, anam kürd, mən türk oğlu türkəm. Sizə Türkiyədən salam gətirdim," – sözləri ilə tamaşaçıları salamlayıb.

Onun bu açıqlamaları, həm mənşəyi, həm də duruşu ilə cəmiyyətin hər təbəqəsinə xitab etməyi bacaran Tatlısesin niyə uzun illər böyük kütlələrin sevimlisi olduğunu bir daha göstərib.

Chosen
84
sonxeber.az

1Sources