EN

Kişi voleybol millimiz Avropa çempionatının seçmə mərhələsində mübarizə aparacaq

Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası 2026-cı il Avropa çempionatının (EuroVolleyM 2026) təsnifat mərhələsində iştirak edəcək.

Operativ Media xəbər verir ki, millimiz turnirin B qrupunda yer alıb. Komanda ilk oyununu səfərdə, ikinci qarşılaşmasını isə doğma meydanda keçirəcək.

Oyun cədvəli:

13 avqust | 20:15 (yerli vaxtla)

Belçika – Azərbaycan

Belçika

16 avqust | 18:00

Azərbaycan – Avstriya

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi, Bakı

Chosen
102
7
operativmedia.az

6Sources