EN

Qarabağ Universitetinin prorektoru vəzifəsindən getdi

Qarabağ Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nərgiz İsmayılova işdən çıxıb.

“Qafqazinfo” “Manşet.az”a istinadən xəbər verir ki, o, öz istəyi ilə ərizə yazaraq vəzifəsindən gedib.

Onun başqa bir sahədə yüksək vəzifəyə təyin olunacağı bildirilir. Hələlik Nərgiz İsmayılovanın yerinə yeni təyinat yoxdur. 

Qeyd edək ki, Qarabağ Universiteti Prezidentin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. N.İsmayılova isə bu vəzifəyə ötən ilin iyulunda təyinat almışdı. 

Chosen
67
39
qafqazinfo.az

10Sources