EN

Ukrayna Rusiyanın Krımdakı aviabazasını vurdu - 35-50 milyon dollarlıq qırıcılar məhv edildi…


Ukrayna Rusiyanın Krımdakı ən strateji hərbi mövqelərindən biri olan Saki aviabazasına çoxsaylı pilotsuz təyyarələrlə (PUA) hücum edib. Ukrayna Təhlükəsizlik Xidməti (SBU) əməliyyat zamanı ən azı 5 döyüş təyyarəsinin vurulduğunu, dəyəri 35-50 milyon dollar olan Su-30SM təyyarəsinin tamamilə məhv edildiyini açıqlayıb.

Ukrayna SBU açıqlamasına görə, Saki hərbi aerodromuna irimiqyaslı PUA hücumu dünən gecə saatlarında həyata keçirilib. Bir Su-30SM döyüş təyyarəsini tamamilə məhv edildiyi, digərini isə zədələdiyi bildirilir. Aviabazada olan üç Su-24 bombardmançı təyyarəsi də vurulub.

Məlumata görə, aerodromdakı aviasiya silahları anbarına da ziyan dəyib.

Açıqlamada "İşğalçılar bizim ərazimizdə heç vaxt təhlükəsiz olmayacaqlarını yadda saxlamalıdırlar" sözlərinə yer verən SBU-dan bildirilib ki, əməliyyat Rusiyanın Qara dəniz bölgəsindəki hərbi imkanlarına ağır zərbə vurub.

Açıqlamada bir Su-30SM təyyarəsinin qiymətinin 35-50 milyon dollar arasında olduğu barədə məlumat da paylaşılıb.

Xatırladaq ki, Ukrayna bundan iki gün əvvəl Rusiyanın ən kritik kosmik müşahidə obyektlərindən birini hədəfə alıb. Feodosiya yaxınlığındakı Rusiyanın kosmos fəaliyyətini izləmək üçün istifadə etdiyi 57U6 "Periskop-VM" radar sistemi dəqiq zərbə ilə vurulub.

NASA peykləri hücum yerində yüksək temperatur qeydə alıb və radarın zədələndiyini təsdiqləyib. Peykdən çəkilmiş görüntülərdə yanğının izləri aydın görünür.

Radar kompleksinin Rusiyanın hava hücumundan müdafiə sisteminin bir hissəsi kimi istifadə edildiyi və hava məkanı məlumatlarını zenit-raket sistemlərinə ötürdüyü bildirilir. Radar Təpə-Oba silsiləsində, Feodosiya ilə Orconikidze arasında 3-cü Radio Alayının komandanlığı altında fəaliyyət göstərir.

TAHİR

Chosen
39
baki-xeber.com

1Sources