EN

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ÖLÜM

Yazını böyüt
Yazını kiçilt

Avqustun 2-də saat 23 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 21-ci kilometrliyində qeydə alınan ağır yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib.

Hafta.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, Qobustan rayon sakini Nuran Faiq oğlu Nuriyev tərəfindən idarə olunan VAZ-21074 markalı, 90-CL-577 dövlət qeydiyyat nişanlı avtomobil yolun müəyyən olunmayan hissəsindən - yerüstü piyada keçidinin altından yolu keçməyə cəhd edən 1993-cü il təvəllüdlü Ülviyyə Vasif qızı Əliyeva və onun 2023-cü il təvəllüdlü azyaşlı oğlunu vurub.

Hadisə nəticəsində ana və övladı aldıqları xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər.

Chosen
40
23
hafta.az

10Sources