Bakı. Trend:
2025-ci ilin birinci yarısında valideyn himayəsindən məhrumolmuş, eyni zamanda, çətin həyat şəraiti ilə üzləşmiş uşaqlarınyaşadığı 23 müəssisə üzrə 132 uşağın yerləşdirilməsi həyatakeçirilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Sosial XidmətlərAgentliyindən məlumat verilib.
Bildirilib ki, müəssisələrə yerləşdirilən uşaqlardan 71-i qız,61-i oğlandır.
"Onlardan 35 nəfəri 0-3 yaş, 17 nəfəri 4-6 yaş, 34 nəfəri 7-12yaş, 46 nəfəri 13-18 yaş kateqoriyasına aid olan uşaqlardır.
Uşaqların müəssisələrə yerləşdirilməsi ilə bağlı müraciətləre-sosial.az elektron portalında valideyn himayəsindən məhrum olmuşuşaqlar, himayədar ailə və övladlığagötürmə bölməsində, valideynhimayəsindən məhrum olmuş uşaqların yerləşdirilməsi alt bölməsivasitəsi ilə aparılır.
O cümlədən, müraciətlər DOST Mərkəzləri vasitəsi ilə də qəbuledilir",- deyə məlumatda qeyd edilib.