EN

BP II rübdə 1,63 milyard dollar xalis mənfəət əldə edib

BP Plc 2025-ci ilin II rübündə 1,63 milyard ABŞ dolları xalis mənfəət açıqlayıb. Şirkət ötən ilin eyni dövründə 129 milyon dollar zərər etmişdi.

Düzəliş edilmiş mənfəət 2,4 milyard dollar təşkil edib (öncəki rübdə — 1,4 milyard dollar). Hasilat gündəlik 2,3 milyon barel neft ekvivalentinə düşüb.

Şirkət III rübdə hasilatın bir qədər azalacağını, 2025-ci il üzrə isə ümumi enmə gözlədiyini bildirib.

BP, 750 milyon dollarlıq səhmlərini geri almağı və hər səhmə görə 8,32 sent dividend ödəməyi planlaşdırır.

Aytac 

Chosen
15
anews.az

1Sources