EN

Türkiyə bu ölkədə kosmik baza qurur Uzun mənzilli raket sınaqları da planlaşdırılır

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Türkiyə Kosmik Agentliyinin (TUA) təşəbbüsü ilə Somalidə kosmik baza inşa ediləcək. Yeni qurulacaq bu obyekt yalnız kosmosa raket buraxılışı üçün deyil, həm də uzun mənzilli raket sınaqları üçün istifadə ediləcək.

"AzPolitika" Türkiyə mətbuatına istinadla xəbər verir ki,  layihə 2024-cü ilin dekabrında Somali Prezidenti Həsən Şeyx Mahmud tərəfindən paytaxt Moqadişoda elan olunub və detallar indi məlum olmağa başlayıb.

Məlumata görə, yaxın günlərdə layihənin icrası üçün tender elan olunacaq. Həm Türkiyənin, həm də Afrika qitəsinin ilk kosmik limanı sayılacaq bu obyektin inşasına qısa müddətdə başlanılması və təxminən iki ilə tamamlanması planlaşdırılır.

Somali hökuməti ilə Türkiyə rəsmiləri arasında əldə olunan razılaşma əsasında, Türkiyəyə Hind okeanı sahilində 900 kvadrat kilometr bir sahə ayrılıb. Layihənin ilkin mərhələdə 350 milyon dollar dəyərində olması gözlənilir. 

Qeyd olunur ki, sözügedən layihə reallaşarsa, Türkiyə təkcə regionda deyil, Afrikada da kosmik sahədə qabaqcıl dövlətə çevrilə bilər.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
62
azpolitika.info

1Sources