EN

Rusiya Xarkovda dəmir yolunu bombalayıb


Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov vilayətinin Lozovaya şəhərində dəmir yolu infrastrukturuna zərbə endirməsi nəticəsində bir nəfər həlak olub, dörd nəfər yaralanıb. Bu barədə "Ukrzaliznıtsya"nın mətbuat xidməti məlumat yayıb.
"Bölmələrdən birinin növbətçi mexaniki həlak olub, daha dörd dəmiryolçu yaralanıb. Bütün zərərçəkənlərə lazımi tibbi yardım göstərilir", - məlumatda deyilir. Hücum nəticəsində dəmir yolu vağzalı və digər infrastruktur obyektləri zədələnib. Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, zərərçəkənlərin sayı 10 nəfərə çatıb.

Mətləb

Chosen
28
13
baki-xeber.com

10Sources