EN

Rusiyaya ŞOK! Silah anbarları ƏLƏ KEÇİRİLDİ, Amerika texniki heyət GƏTİRİR – ruslar QAÇIR

  Türkiyənin “Sabah” qəzetinin yayımladığı məlumata əsasən,Suriyanın şimal və şərq bölgələrində yerləşən bir sıra Rusiya hərbi obyektləri hazırda

PYD/YPG qruplaşmaları və ABŞ xüsusi təyinatlıları tərəfindən nəzarətəgötürülərək talan olunur.

Referans  xəbər verir ki, qeyd olunan bu silahlı birləşmələr beynəlxalq mediada “Suriyakürdlərinin müdafiə qüvvələri” kimi təqdim olunsa da, PKK

ilə ideoloji və təşkilati bağlılıqları səbəbilə Türkiyə və region ölkələri tərəfindən terrorçuqruplaşmaların törəmə struktur və qanadları kimi

qiymətləndirilir.

Məlumatlara görə, Kamışlı və Deyr əz-Zor hava limanları, Kəvkəb hərbi bazası və Ayyaşdakı silah anbarları buqüvvələrin nəzarətinə keçib.

Paylaşılan kadrlarda T-72 tankları, BMP-1 zirehli döyüş maşınları və ilk dəfə olaraq sovet istehsalı 2K12 “Kub” zenit-raketburaxılış qurğuları

müşahidə olunub.

Hərbi ekspertlər qeyd edirlər ki, bu buraxılış qurğularının mövcudluğu həmin silahların idarəolunma, radar vəatəşə nəzarət sistemlərinin də

yaxınlıqda yerləşdiyini göstərir. Bu isə artıq PYD/YPG qruplarının hava hücumundan müdafiə imkanlarını genişləndirməyəbaşladığını göstərir.

Sabah.com.tr-nin yazdığına görə, ABŞ bu sistemlərin təkmilləşdirilməsi və işə salınması üçünyaxın günlərdə Ukraynadan texniki heyət və lazımi

avadanlıqlar gətirməyə hazırlaşır. Məqsəd, Suriyadakı PYD/YPG qüvvələrinin pilotsuz uçuş aparatlarınavə potensial hava hücumlarına qarşı

müdafiə qabiliyyətini artırmaq və beləliklə, Türkiyə Silahlı Qüvvələrinin bölgədəki hava üstünlüyünübalanslaşdırmaqdır.

Bu infrastruktur peyklər, radar sistemləri və uzaqdan idarəetmə texnologiyası ilə dəstəklənəcək partizantipli hava müdafiə şəbəkəsi formasında

qurulacaq.

Müşahidəçilər bildirir ki, bu, əslində, PKK -nın şəkildəyişdirməsi olan PYD/YPG-nin terrorçu birləşmə kimideyil, geosiyasi aktor kimi

formalaşdırılması planının tərkib hissəsidir.

Bölgədə baş verən bu transformasiya İsrailin də diqqətindən yayınmayıb. Hərbi mənbələrin yaydığıməlumata görə, İsrail aviasiyası Kamışlı

yaxınlığında bir neçə simvolik hava zərbəsi endirib. Bu zərbələrin məqsədi, ehtimal ki, PYD/YPG-nin artan hərbipotensialını cilovlamağa və bölgədə

balansı qorumağa yönəlib./Musavat .com


Chosen
39
5
referans.az

6Sources