EN

Edin Dzeko: “Karyerama o vaxt xitam verəcəyəm ki…”

“Fiorentina”nın 39 yaşlı bosniyalı mərkəz hücumçusu Edin Dzeko karyerasını nə vaxt bitirə biləcəyi ilə bağlı sualı cavablayıb.

Arena.az “La Gazzetta dello Sport” nəşrinə istinadən, veteran hücumçunun müvafiq cavabını təqdim edir:

“O vaxt ki gənc oyunçular mənim vuduğum qollardan iki dəfə artıq qol vuracaqlar, onda mən karyerama xitam vermək haqda düşünməyə başlayacağam”, deyə Dzeko yarızarafat-yarıgerçək vurğulayıb.

Edin Dzeko “Jelezniçar”ın məzunudur. Hücumçu, karyerası ərzində “Teplitse”, “Usti-nad-Labem” (icarə), “Volfsburq”, “Mançester Siti”, “Roma”, “İnter” və “Fənərbağça”da oynayıb.

Fiorentina Dzekonu 2025-ci ilin iyul ayında “Fənərbağça”dan azad agent qismində heyətinə qatıb. Bosniyalı hücumçunun “bənövşələr”lə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış mövsümdə Dzeko “Fənərbağça” üçün 53 oyuna çıxıb, 21 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

Edin Dzeko 2007-ci ilin iyun ayında debüt etdiyi Bosniya və Herseqovina millisinin heyətində 141 oyun keçirib, 68 qol vurub, 29 məhsuldar ötürmə verib. Oyun və qol sayına görə Dzeko milli komandanın mütləq rekordçusudur.

“Transfermark” internet portalı 39 yaşlı bosniyalı mərkəz hücumçusunun transfer dəyərini 1,60 milyon avro məbləğində qiymətləndirir.

Chosen
34
arena.az

1Sources