EN

Nişana baxmayan sürücü iki maşının hərəkətinə maneə yaratdı VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakıda qaydaları pozan sürücü iki maşının hərəkətinə mane olub. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 28-də, paytaxtın Xanlar küçəsilə Qurban Abbasov küçələrinin kəsişməsində qeydə alınıb. Belə ki, 10-SA-350 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü yol ver nişanına məhəl qoymadan yolayrıcına daxil olub. Bu zaman baş yolda olan avtomobillərin qarşısına çıxaraq onların hərəkətinə maneə yaradıb.

Qeyd edək ki, sürücü bu əmələ görə, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə oluna bilər.

Fərid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
30
avtosfer.az

1Sources