EN

Avtoqəzada xəsarət alan şəxs 9 gün sonra xəstəxanada ölüb

Bakı-Quba yolunun Sumqayıt istiqamətində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan şəxs 9 gün sonra xəstəxanada ölüb.

“Report”un yerli bürosunun məlumatına görə, 1953-cü il təvəllüdlü Bəxtiyar Tağı oğlu Səmədov qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

O hadisədən 9 gün sonra - avqustun 5-nə keçən gecə vəfat edib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Chosen
20
6
report.az

7Sources